DigərSiyasət

İran “bu ölkədə, sadəcə ölüncə azad olursan….” deyən tələbənin ölkəsidir – ÖZƏL

“Dünyəvi və demokratik dəyərlərin, beynəlxalq hüquq normalarının,  sivilizasiyalar arası dialoqların, İrqi Ayrı-Seçkiliyin Ləğv Olunmasının, bir sözlə müharibəsiz, qansız-qadasız bir dünyanın  müdafiə edildiyi günümüzdə İranda Azərbaycanın səfirliyinə silahlı basqına edilir, günahsız insanlar qətlə yetirilir, yaralanır.” 

Bu sözləri Bugun.tv saytına Əməkdar jurnalist Mətanət Ağamirli deyib. – “Terror aktı olduğu üçün hadisə bütün dünyanı silkələyir. Rəsmi Tehran isə  hücuma  “şəxsi motivlər” donu geyindirməyə cəhd göstərir. Əslində isə  İran adlı molla rejimi  beynəlxalq konvensiyalara məhəl qoyulmadığını, istənilən anda  terror məskəninə çevrilə biləcəyini, qonşuları, region, eləcə də dünya üçün təhlükə mənbəyi olduğunu bir daha nümayiş etdirir: terrora dəstək verir, azad olmaq istəyən gənclərə, vətəndaşlarına divan tutur, edam edir. Bir sözlə İran  XXI əsrdə də feodal dövrünə aid  işgəncələr tətbiq edir.

Diplomatik münasibətlər haqqında, Konsulluq əlaqələri haqqında Vyana Konvensiyaları,  eləcə də digər beynəlxalq sənədlər İran üçün əhəmiyyətsiz, anlamsızdır. Beləcə beynəlxalq hüquq normalarını görmək istəməyən bu rejimin düşmən mövqe sərgilədiyi ilk ölkə isə Azərbaycandır. Səbəblər bəllidir!   Azərbaycana münasibətin kökündə duran nigrançılığının, düşmənçilik siyasətinin  səbəbi anlaşılandır: məhv olmaq, parçalanmaq qorxusu!  Zaman -zaman, xüsusilə son illərdə İran media orqanlarında Azərbaycanın əleyhinə aparılan təbliğat,  anti-Azərbaycan əhval ruhiyyənin genişləndirilməsi heç kimə sirr deyil.

Azərbaycanın  gücündən, qüdrətindən, mövqeyindən dəhşətli dərəcədə qorxan molla rejimi var gücü ilə  ölkəmizə qarşı təxribatçı  addımlar sərgiləməkdədir. Səfirliyimizə silahlı hücumun təşkil olunması ilə bərabər Tehranda fars və erməni qruplaşmasının Laçın dəhlizinin “bağlanmasına” qarşı etiraz aksiyası keçirməsi “dost” və “qonşu” ölkənin  əsl mahiyyətini, iç üzünü  bir daha açır.

İran “Ah, bu ölkədə, sadəcə, ölüncə azad olursan….” deyən tələbənin,  zor tətbiqi ilə susdurulan insanların, günahsız qurban gedən gənclərin, 40 milyon azərbaycanlını fars dilində danışmağa məcbur edən,  erməniyə qucaq açan, terroru, separatizmi dəstəkləyən molla rejiminin
ölkəsidir. Bu rejim saysız-hesabsız edam qərarları, gənclərə, qadınlara tətbiq etdiyi amansız işgəncələrlə, insanları zor tətbiqi ilə susdurmaqla  öz ömrünü uzatmaq istəyir. Amma nə qədər? Tanrı Türkü bədxah qonşularımızın bədxah  niyyətlərindən  qorusun! ”

Oxşar xəbərlər

Halo və horn effekti nədir?

Nigar Məmmədova

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Nigar Məmmədova

Sürücü dava edərkən motosikleti oğurlandı – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu