Image default
Mədəniyyət

Gənc aktyorla görüş keçirildi-FOTOLAR

Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı və Media Tədris Mərkəzinin dəstəyi ilə növbəti təlim keçirilib.

Bugun.tv xəbər verir ki, bu dəfə qonaq tanınmış aktyor Ramail Bayram olub.

Tələbələrlə həmsöhbət olan təlimçi bu peşəyə gəlişindən danışıb. Aktyorluq sənətinin incəliklərindən söz açıb. Təlim müxtəlif səhnəciklər və Ramail Bayramın öyrətdiyi maraqlı etüdlərlə davam edib.

Bugun.tv-yə eksklüziv müsahibə verən aktyor tələbələrlə bu görüşü müsbət qiymətləndirib. “Çox gözəl təşəbbüsdü. Mən burada gənclərin incəsənətə, bu peşəyə olan şövqünü, sevgisini gördüm. Üç saat boyunca yorulmadan diqqətlə məşğələləri yerinə yetirdilər”- deyə, təəsüratlarını bölüşüb.

 

Qaytən Qasımzadə

Kərim İbrahimov

Oxşar xəbərlər

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu