10 C
Baku
13 Dekabr 2024, 15:48
Digər

Məhkəmədə mesaj və səs yazısından sübut kimi istifadə olunması nə zaman mümkündür?-VƏKİLDƏN AÇIQLAMA

Bəzi hallarda şəxslər arasındakı problemlər məhkəməyə qədər gedib çıxır. Lakin məhkəmə qaydasında həll olunan məsələlərdə müəyyən anlaşılmazlıqlar yaşanır. Məsələn, sübut kimi yazışmaları təqdim etmək istəsələr də, çox zaman qanuna zidd olduğu üçün buna yol verilmir. Amma bəzi hallarda  danışıqlar sübut kimi istifadə oluna bilər. Bu hansı hallarda mümkündür?

Mülki Məcəlləyə əsasən, qanunu pozmaqla əldə edilən sübutlardan istifadə yolverilməzdir. Çünki heç bir şəxs onun razılığı olmadan video və fotoçəkilişə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qala bilməz. Lakin hansısa cinayətin qarşısını almaq və ya istintaq zamanı həqiqəti üzə çıxarmaqdan ötrü istifadə oluna bilər. Eyni zamanda, borc məsələlərində tərəflər arasında fərdi müqavilə bağlanılıbsa və yazışmalar tərəflər üçün sirr deyilsə, danışıqların məhkəməyə təqdim olunması şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.

Mövzu ilə bağlı Bugun.tv-nin araşdırmasını təqdim edirik:

Vəkil Tural Həsənli deyir ki, Azərbaycan Respublikasının Mülki məcəlləsində qeyd edilir ki, əqdlər həm yazılı formada, həm də şifahi formada bağlana bilər. Məsələn, bir nəfər digər şəxsdən borca pul götürür. Qarşı tərəf borcun geri qaytarılmasını tələb edir. Əgər iki şəxs arasında həmin borcun qaytarılması ilə bağlı vatsap yazışmaları varsa, qarşı tərəf bunu məhkəmədə sübut kimi göstərə bilər.

Bununla yanaşı, cinayət işinin istintaqı zamanı həqiqətin müəyyən olunması, eləcə də cinayətin qarşısının alınması məqsədi ilə də yazışmalar məhkəməyə təqdim oluna bilər.

Vəklilin sözlərinə görə, cinayətin üstünün açılması üçün tərəflərin əldə etdiyi sənədlər, əşyalar, məlumatlar məhkəmə prosesində sübut kimi göstərilə bilər. Zərurət yarandığı zaman, məhkəmənin qərarı əsasında  həmin məlumatlar (vatsap danışıqları,mesajlar) sübut kimi istifadə edilməsi məqsədi ilə üzə çıxarıla bilər. Bu, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinə əsasən həyata keçirilir.

Məhkəməyə təqdim olunan mesajların açıq şəkildə olması, hansı nömrədən göndərilməsi və nə zaman yazıldığı mütləq görünməlidir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Leyla Tanleri aktrisa nişanlısından romantik təbriklər

Kəmalə Sultan

“Gənclərin Dostu” Milli Mükafatı təqdim olunub – FOTO

Nigar Məmmədova

162 saylı məktəb OCEP pavilyonunda iştirak etdi – Foto

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu