19 C
Baku
16 Aprel 2024, 20:01
Baş xəbər

İ.Məmmədov: “Qanunun aliliyi dövlətimizin və demokratik cəmiyyətimizin əsas prinsipidir”

Bugun.tv Milli Məclisin deputatı İlham Məmmədovun Ulu Öndərin 100 illiyinə həsr olunmuş özəl məqaləsini təqdim edir:

“Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz dahi Heydər Əliyevin 1993-cü ildən etibarən yəni, ölkənin çətin və gərgin vəziyyətində, Ölkə başçısı kimi fəaliyyətə başladığı müddətdən sonra əsas hədəf kimi məqsədi məhz iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını təmin etmək olmuş və Ümummilli Lider bu hədəflərin hər birini reallaşdırmışdır. Bu məqsədlə o ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir, bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı.Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Tezliklə, ölkə başçısının 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq islahatları Komissiyası yaradıldı. Komissiyada qısa müddətdə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı. Bu işdə parlament dahi Heydər Əliyevə dəstək verdi.Bu dövrdə qəbul olunmuş qanunlar arasında aşağıdakıları göstərmək olar: Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Ticarət gəmiçiliyi Məcəlləsi və başqa məcəllələr, “Torpaq islahatı haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında və s. Bu sənədlər ölkədə hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. Azərbaycanın bütün sahələr üzrə uğurlarının əsasında məhz Heydər Əliyevin ideyaları dayanır. Bildiyimiz kimi 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmiş, dərin və məzmunlu çıxışında qeyd etmişdir ki, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürümü bildirirəm. Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Əminəm ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir. Bəli,doğrudan da bu xüsusi qeydlər bir daha onu göstərdi ki, Milli Məclis öz işini Azərbaycanın maraqları naminə qurur və uğurlu fəaliyyət həyata keçirir. Eyni zamanda qeyd etmək lazımdır ki, 6-cı çağırışdan sonra kadr islahatları ilə yanaşı, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq, parlamentin və onun komitələrinin rəhbərliyinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. VI çağırışdan sonra Milli Məclis fəaliyyət göstərdiyi vaxt ərzində ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasının daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atdı, bir çox qanun və qərarlar qəbul etdi ki,bütün bunlar Azərbaycan xalqının maraqları naminə hesablanmışdır”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıldı

Kəmalə Sultan

Muğan bankdakı əmanətlərini geri almaq istəyənlərin nəzərinə…

Bugün TV

Facebook cinsi ayrı-seçkiliyə görə məhkəməyə verildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu