24 C
Baku
19 İyul 2025, 8:02
Baş xəbərSiyasət

Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Bugun.tv xəbər verir ki, Azərbaycanın Milli Məclisinin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün martın 16-da bu ölkənin paytaxtı Astana şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) xətti ilə, İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Millət vəkilləri beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər martın 21-də başa çatacaq. Mənbə: millimeclis

Aynur Camal

Oxşar xəbərlər

Dünyaca məşhur müğənni Türkiyə və Suriyaya yardım üçün çağırış etdi-FOTOLAR

Nigar Məmmədova

On iki min adamın iştirak etdiyi konsert sahəsinə ildırım düşdü: Çox sayda insan yaralandı

Aynur Camal

Kembric lüğəti 2024-cü il üçün ilin sözünü seçdi! 130 min dəfədən çox axtarıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu