Digər

Şəki Dövlət Dram Teatrı uşaqlar üçün Novruz bayramı şənlikləri hazırlayır

Şəki Dövlət Dram Teatrı Novruz bayramıərəfəsində və tətil günlərində uşaqları sevindirmək və onların maraqlı bayram günləri keçirmələri üçün “Baharın xilaskarları” adlı nağıl-tamaşa hazırlayıb.

    Müəllifləri Elvin Nuri və Hüseyn Hüseynli olan nağıl-tamaşada Bahar qızın xeyirxah dostlarının  köməyi  sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs edilir. 

    Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir. 

    Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və digərləri ifa edirlər. 

 Teatrda Novruz şənlikləri mart ayının 18-dən 26-dək davam edəcək

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu