5 C
Baku
28 Yanvar 2026, 2:38
Sosial

İsmayıllıda şəhidin mövludu keçirilib

Bugun.tv-nin məlumatına görə, şəhid Cavidan Bədəlovun mövludu qeyd edilib. Tədbir İsmayıllı rayonunun Talıstan kəndində baş tutub.

Mərasimə şəhid ailələri, rayon rəhbərliyi, millət vəkilləri, hərbçilər, ictimaiyyət nümayəndələri qatılıb. Şəhidin məzarı ziyarət olunub. Üzərinə tər cicəklər düzülüb, ruhuna dualar oxunub.Tədbirdə hərbçilər C.Bədəlovun igidliyindən danışıblar. Anası “Oğlum çox vətənpərvər idi. Mən Cavidanla qurur duyuram”,- deyib.

Qeyd edək ki, Cavidan Bədəlov 1996-cı ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. H.Əliyev adına Ali hərbi akademiyanı bitirib. 8 il Azərbaycan Silahlı qüvvələrində xidmət göstərib. İkinci Qarabag Müharibəsində Kəlbəcər, Murovdağ  istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. 2021-ci il, sentyabrın 12-dən 13-ə keçən gecə, düşmənin törətdiyi təxribatın qarşısını alan zaman qəhrəmancasına şəhid olub. Nəşi doguldugu Talıstan kənd qəbristanlığında torpağa tapşırılıb.

Ölümündən öncə “Vətən ugrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, vəfatından sonra isə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Müxbir: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

BMT elm insanları Qlobal Su Problemləri üçün yeni fəaliyyət planı tələb edir

Aynur Camal

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr təyin edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu