12 C
Baku
25 Aprel 2025, 7:10
Texnologiya

Bu ölkə 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərdi

Bugun.tv xəbər verir ki, Rusiya 1976-cı ildən bəri ilk dəfə su mənbəyi axtarmaq üçün Aya kosmik gəmi göndərib. Luna-25 uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olarkən, kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılır. Təxminən 1 il Ayda araşdırma aparacaq Luna-25, kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdırmaq, həmçinin su mənbələrini axtarmaq missiyalarına malikdir. Roskosmos prezidenti Yuriy Borisov bildirib ki, “Luna-25” Aya dinc məqsədlə göndərilib və onlar 2027, 2028 və 2030-cu illərdə Aya kosmik gəmi göndərməyi planlaşdırırlar.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Canondan yenilik var!

Teymur Əziz

Şirkətlərin müştəri cəlb etmə sirri – Poliqrafiya və promo

Teymur Əziz

ABŞ-da inqilabi rus torpedası haqqında danışdılar

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu