Baş xəbərHadisə

48 qeyri-qanuni immiqrant tutuldu, 83 qeyri-qanuni immiqrant xilas edildi

Bugun.tv xəbər verir ki, Ayvalık sahillərində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan 48 qeyri-qanuni immiqrant tutuldu, 83 qeyri-qanuni immiqrant isə xilas edildi. Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından Balıkəsir İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib. Ayvalık mahalı sahillərində nizamsız immiqrantları daşıyan rezin qayıq sahil təhlükəsizlik qrupları tərəfindən aşkar edilib.

TRT Haber-in məlumatına görə, “KB-111” sahil mühafizə gəmisi ilə bölgəyə gedən qruplar Midilli adasına keçmək istəyən 48 qeyri-qanuni immiqrantı yaxalayaraq sahilə çıxarıb. Qruplar Ayvalık sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıqlarda Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə hərəkətə keçib.

Bunun üzərinə qruplar “TCSG-905” və “KB-4510” sahil mühafizə katerləri ilə bölgəyə istiqamətləndirilərək 83 qeyri-qanuni immiqrantı xilas edib.

Aynur Camal

Oxşar xəbərlər

Məzahir Əfəndiyev Ağdaş və Göyçayda “Son zəng” tədbirlərində iştirak etdi

Aynur Camal

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu