Dünya

5 aylıq körpə infarkt keçirdi! anası həbs olundu

İngiltərədə əyləncə parkında 5 aylıq körpə infarkt keçirib. 27 yaşlı ana baxımsızlıqda şübhəli bilinərək həbs edilib.

İngiltərədəki Legoland Windsor əyləncə parkında 5 aylıq körpə infarkt keçirib. Polis xəstəxanaya aparılan körpənin vəziyyətinin ağır olduğunu açıqlayıb.

27 yaşlı ana övladına laqeyd yanaşaraq “yaralanmaya səbəb olmaqda” şübhəli bilinərək həbs edilib. Lakin o, zaminə buraxılıb.

Uşaq İstismarının Təhqiqat Bölməsindən Det Con Zoe Eele dedi:”İlk olaraq qeyd etməliyik ki, o, infarkt keçirdikdən sonra xəstəxanada ağır vəziyyətdədir. Biz Legoland Windsor Resort-un komandası ilə yaxından işləyirik. İctimaiyyətdən hadisə ilə bağlı spekulyasiyalardan qaçmağı və oğlanın ailəsinə hörmət etməyi xahiş edirəm. Bu kədərli zamanda”.

Polis hadisə ilə bağlı başqa şübhəliləri axtarmadıqlarını bildirib. Tema parkı tərəfindən edilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Cümə axşamı gənc qonaq xəstələnib… Tam təlim keçmiş ilk yardım qrupumuz təcili yardım xidmətləri gələnə qədər uşağa təcili yardım göstərib. Davam edən istintaqda Temza Vadisi Polisinə dəstək verməyə davam edəcəyik.”

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Türkiyəli diplomatı qətlə yetirmiş terrorçu zərərsizləşdirildi

Kəmalə Sultan

Daha bir jurnalist həlak oldu

İntizar Əmirova

Bu ölkə meşə yanğınları ilə mübarizə aparır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu