2 C
Baku
14 Dekabr 2024, 20:59
Baş xəbərDünya

5 bələdiyyə başçısı sikkə atmaqla seçilib

qəpik pul

Bugun.tv xəbər verir ki, İspaniyada keçirilən yerli seçkilərdə əhalisi az olan 5 yaşayış məntəqəsində namizədlər bərabər səs topladığı üçün bələdiyyə başçıları “qəpik atma” yolu ilə müəyyənləşib.

İspaniyada yerli seçkilərin keçirildiyi 8131 yaşayış məntəqəsindən 5-də namizədlərə bərabər səslər verilib.

Ölkədəki seçki qanunlarına görə bərabərlik halında bələdiyyə sədri püşkatma yolu ilə müəyyən edilməli olduğundan əhalisi 550 ilə 2000 arasında olan bu yerlərdə bələdiyyə sədrlərini müəyyən etmək üçün sikkə atma üsulu tətbiq edilib.

Bələdiyyə binalarında ictimaiyyət qarşısında təşkil edilən sikkə atma mərasiminin qalibləri növbəti seçkilərə qədər 4 il xidmət edəcəklər.

Müxalifətdəki sağ partiyaların yerli seçkilərdə qazandığı böyük uğura görə Baş nazir Pedro Sançez ispanların normal olaraq ilin sonunda keçiriləcək ümumi seçkiləri təxirə salaraq 23 iyulda seçkiyə gedəcəklərini açıqlayıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Macarıstanın xarici işlər naziri NATO ölkələrinə xəbərdalıq etdi

Nigar Məmmədova

Türkiyədə 4,6 bal gücündə zəlzələ oldu

Teymur Əziz

Təl-Əviv-Tehran münasibətlərində gərginlik artır!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu