Bildirilib ki, 5 rusiyalı alpinist dünyanın 7-ci ən hündür zirvəsi olan Nepalda Dhaulagiri dağına qalxarkən həlak olub. Nepalın paytaxtı Katmanduda yerləşən rəhbər təşkilatdan Pemba Jangbu Sherpa verdiyi açıqlamada 8167 metr yüksəklikdəki Dhaulagiri dağına qalxan 5 rusiyalı alpinistin oktyabrın 6-dan itkin düşdüyünü bildirib.
Pemba, alpinistlərin tapılması üçün başladılan axtarış-xilasetmə işləri çərçivəsində bir helikopterin zirvə yaxınlığında alpinistlərin cəsədlərini aşkar etdiyini bildirdi.
Alpinistlərdən ikisinin zirvəyə çatdığını, digərlərinin isə zirvəyə çatmadan geri döndüyünü ifadə edən Pemba, alpinistlərin dırmaşma zamanı sürüşərək yıxıldıqları üçün həyatını itirdiklərinin qiymətləndirildiyini ifadə etdi.
Digər tərəfdən, alpinistlərin ölüm səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Mənbə: TrtHaber