25 C
Baku
27 İyul 2024, 4:22
Dünya

50 min itkin uşaq haradadır?

Avropada uşaq immiqrantlarla bağlı yeni araşdırma nəticələri ortaya çıxıb. Lost in Europe adlı araşdırma jurnalistikası layihəsinin dərc etdiyi yeni hesabata görə, 2021-2023-cü illər arasında Avropada 50 mindən çox müşayiətsiz uşaq miqrant yoxa çıxıb.

Lost in Europe tərəfindən dərc edilən hesabatda bu üç il ərzində 51 min 433 uşaq immiqrantdan Avropaya gəldikdən sonra xəbər alınmadığı bildirilir.

Araşdırma Avropanın qaranlıq tərəfini bir daha ortaya qoydu. Avropa ölkələrindən müşaiyətsiz uşaq immiqrant itkiləri ilə bağlı məlumat toplayan “Avropada itkin” tədqiqatçıları, ən çox uşaq itkisinin İtaliyada qeydə alındığını açıqladı. Buna görə İtaliyada üç il ərzində 22 min 899 müşayiətsiz uşaq immiqrant itkin olaraq qeyd edildi. Avstriya 20 min 77 itkin uşaqla İtaliyanı izlədi.

Hesabat müəllifləri bildirirlər ki, itkin düşən uşaqların sayı bundan da çox ola bilər: “Məlumatlar çox vaxt uyğunsuz və natamam olur, Avropanın bir çox ölkələri itkin düşmüş uşaqlarla bağlı məlumatları belə toplamır” deyib.

İtkin düşən və cinsi istismara məruz qalmış uşaqlar üçün Avropa Federasiyasının Avropa itkin düşmüş Uşaqların baş katibi Aagje İeven bu məlumatları “narahatedici” kimi xarakterizə edib.

İTKİN UŞAQLAR HARADIR?

İeven Lost in Europe-a deyib: “Müşayiəti olmayan yetkinlik yaşına çatmayanların itkin düşməsinə dair məlumatların sayının artması yerin altında görünən nəhəng aysberqin kəskin xatırlatmasıdır” deyib.

2018-2020-ci illər arasında uşaq itkinlərini araşdıran Avropanın əvvəlki hesabatı 2021-ci ildə dərc edilib.

Bu hesabatda 2018, 2019 və 2020-ci illərdə müşayiət olunmayan 18 min uşağın Avropaya gəldikdən sonra yoxa çıxdığı müəyyən edilib. Çərşənbə günü açıqlanan yeni hesabat, növbəti üç il ərzində bu rəqəmin təxminən üç dəfə artdığını göstərir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

122 metrdən yıxılaraq ölmədi!

Aynur Camal

Ağıllı uşaq avtomobil oturacağı yaradılıb

Aynur Camal

Tanınmış aktrisa diktator roluna çəkildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu