Bugun.tv xəbər verir ki, Şərqi Afrika ölkələrindən biri olan Ruandada 50 məktəbdə Starlink peyk internet sistemi istifadəyə verilib.
The New Times qəzetinin xəbərinə görə, Hökumət Starlink internet sistemi ilə ölkə daxilində daha sürətli və rahat internet əldə etməyi hədəfləyir. 2024-cü ilin sonuna qədər Elon Maskın SpaceX şirkətinə aid Starlink peykləri ilə ölkədəki bütün məktəblərə internet bağlantısı verməyi düşünən Ruanda, fevral ayında Starlink sisteminin ölkə daxilində xidmət göstərməsinə icazə verdi və Starlink peyklərinin 500 məktəbdə istifadə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Starlink kosmosa əsaslanan sistemdir ki, SpaceX uzun illərdir ki, dünyanın təmin olunmayan yerlərində internetə çıxışı asanlaşdırmaq üçün üzərində işləyir.
Maskın SpaceX şirkətinin minlərlə orbital Starlink peykləri dünyanın ən ucqar nöqtələrini yüksək sürətli və genişzolaqlı internetlə təmin edir. SpaceX Starlink peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.