9 C
Baku
29 Aprel 2026, 12:45
Texnologiya

Google gizli dinləmə iddiası üzrə 68 milyon dollar ödəməyə razılaşıb

ABŞ-ın texnologiya nəhəngi Google, ağıllı cihaz istifadəçilərini onların xəbəri olmadan dinlədiyi iddiası ilə açılmış kollektiv məhkəmə iddiasını həll etmək üçün 68 milyon dollar ödəməyi qəbul edib.

The Hill nəşrinin məlumatına görə, Şimali Kaliforniya federal məhkəməsinə təqdim olunan iddia Google-un səsli köməkçisi Google Assistant ilə bağlı şikayətlər əsasında qaldırılıb. İddiaya əsasən, bu texnologiya yalnız “Hey Google” və ya “Okay Google” ifadələri səsləndikdə aktivləşməli olduğu halda, bəzi hallarda istifadəçilərin şəxsi danışıqlarını da qeydə alıb.

Şikayət Google telefonları, ev üçün ağıllı dinamiklər, noutbuklar, planşetlər və simsiz qulaqlıqlar daxil olmaqla bir çox cihazı əhatə edir.

Google uzunmüddətli hüquqi prosesin yaratdığı risk və xərclərdən yayınmaq məqsədilə bu məbləği ödəməyə razılıq verdiyini açıqlayıb. Razılaşmanın qüvvəyə minməsi üçün ABŞ dairə hakimi Beth Labson Freeman tərəfindən təsdiqlənməsi tələb olunur.

Qeyd edək ki, daha əvvəl Apple da səsli köməkçisi Siri ilə bağlı oxşar iddia üzrə 95 milyon dollar ödəməyi qəbul etmişdi.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Aynur Camal

NASA’nın Webb teleskopu kainatda nadir exoplanet kəşf edib — limon formasında və qeyri‑adi atmosferli planet

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu