5 C
Baku
26 Yanvar 2026, 22:52
Baş xəbərSosial

53 saylı məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib FOTO

“Narkomaniya ümumbəşəri bəladır” mövzusu bu gün cəmiyyətin qarşısında duran ən aktual problemlərdən biridir.

Bugun.tv– xəbər verir ki, “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı”na əsasən 53 saylı tam orta məktəbdə valideynlərin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Hüseyn Əfəndiyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Tədqiqat Şöbəsinin əməkdaşı, polis mayoru Anar Aslanov və Bakı Şəhər Narkoloji Mərkəzinin əməkdaşı, sosioloq Fidan Ataxanlı iştirak ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də narkomaniya bu gün bütün dünyanı ciddi şəkildə narahat edən qlobal problemlərdəndir. Bu təhlükənin qarşısının alınmasında əsas və ən təsirli vasitələrdən biri isə davamlı və sistemli maarifləndirmə işinin aparılmasıdır. Bildirilib ki, əsas məqsəd yeniyetmə və gənclərin narkotik vasitələrdən uzaq durmalarına nail olmaq, onlarda sağlam həyat tərzinə maraq formalaşdırmaqdır.

Vurğulanıb ki, narkomaniyanın profilaktikası ilk növbədə ailədən və məktəbdən başlanmalıdır. Valideynlə övlad arasında qarşılıqlı etimadın mövcudluğu bu prosesdə həlledici rol oynayır. Eyni zamanda məktəblərdə aparılan geniş maarifləndirmə işi valideynlər və şagirdlər arasında narkomaniyanın profilaktikasına müsbət təsir göstərir, şagirdlərdə narkotiklərdən uzaq durma mövqeyinin formalaşmasına xidmət edir.

Tədbirin sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu