13 C
Baku
20 Aprel 2026, 2:48
Baş xəbər

54 ildə 99 milyondan çox insan həcc ziyarətinə gedib

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı 54 il ərzində 99 milyondan çox ziyarətçiyə ev sahibliyi edib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərdə Ümumi Statistika İnstitutunun 1968-ci ildən etibarən müqəddəs torpaqlara həcc ziyarətinə gələnlərin statistik məlumatlarını toplamağa başladığına diqqət çəkilib.

Xəbərdə 2022-ci ilə qədər 54 il müddətində müqəddəs torpaqlarda 99 milyondan çox ziyarətçinin qəbul edildiyi bildirilib.

Səudiyyə Ərəbistanı rəsmiləri bu il zəvvarların sayı ilə bağlı dəqiq bir rəqəm açıqlamasalar da, epidemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün 2023-cü ilə hazırlıq görüldüyünü bildiriblər.

Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən zəvvarların sayının 2,4 milyon olub.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu