Baş xəbərHadisə

59 qeyri-qanuni miqrant tutuldu

Bugun.tv xəbər verir ki, Çanaqqalanın Ezine rayonunda təşkil edilən iki ayrı əməliyyatda 59 qeyri-qanuni miqrant tutuldu, insan qaçaqmalçılığı iddiası ilə 2 şübhəli nəzarətə alındı. Sahil Təhlükəsizlik Komandanlığı qruplarına Ezine açıqlarında hərəkətdə olan rezin qayıqda bir qrup əcnəbi vətəndaşın olduğu bildirildi. “TCSG-913” qayığı ilə bölgəyə gedən qruplar saxladıqları qayıqda 39 nizamsız miqrantı yaxalayaraq quruya gətiriblər. Ayvacık rayonunun Küçükkuyu qəsəbəsindəki Sahil Mühafizə Stansiyasında qanuni tədbirlər görülən miqrantlar Ayvacık Çıxış Mərkəzinə təhvil verilib. Digər əməliyyat isə İl Jandarma Komandanlığı və Sahil Mühafizəsi Qərb Mərmərə Qrup Komandanlığı tərəfindən Akçakeçili kəndinin Aktaş düzənliyində həyata keçirilib. Əməliyyat zamanı 6 qadın və 8 uşaq olmaqla 20 qeyri-qanuni miqrant və 2 insan qaçaqmalçısı yaxalanıb. Qanunsuz miqrantları daşıyan 2 avtomobil ələ keçirilib. Əfqanıstandan gələn qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra Ayvacık Çıxış Mərkəzinə təhvil veriləcək.

TRT Haberin məlumatına görə, jandarma tərəfindən saxlanılan 2 insan qaçaqmalçısının əməliyyatlarının ardından ədliyyəyə sövq ediləcəyi öyrənilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu gün tarixi qələbənin ildönümü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu