23 C
Baku
19 İyul 2025, 2:50
DünyaHadisə

6 avtomobil toqquşdu: 3 nəfər öldü, 8-i yaralandı – FOTOLAR

Bugun.tv xəbər verir ki, Muşda zəncirvari yol qəzası baş verib. 6 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb.

Muşda qəza oldu
Qəza

Hadisə Muş-Bingöl yolunun 8-ci kilometrliyində, Kıyık kəndi yaxınlığında baş verib. Zəncirvari yol qəzasından sonra hadisə yerinə həkim, polis və xilasetmə qrupları cəlb edilib.

Qəzada Sezgin Karakuş, Alican Çiçək və Ferman Uçar həyatını itirib, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Muş Dövlət Xəstəxanasına aparılıb.

Muşda qəza baş verib
Qəza anı

Hərəkətin idarə olunduğu yolda qəzaya uğrayan avtomobillər evakuatorun köməkliyi ilə çıxarılıb.

Teymur Əziz

Oxşar xəbərlər

FTB Cənubi Koreyaya “sürpriz hücum” hazırlamağa kömək etdiyi iddia edilən şəxsi həbs edib

Aynur Camal

Şimali Koreyanın peyk buraxma cəhdi uğursuz oldu

Aynur Camal

Taxta yüklənmiş yük maşını uçuruma yuvarlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu