28 C
Baku
8 Sentyabr 2025, 13:38
DünyaHadisə

6 avtomobil toqquşdu: 3 nəfər öldü, 8-i yaralandı – FOTOLAR

Bugun.tv xəbər verir ki, Muşda zəncirvari yol qəzası baş verib. 6 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb.

Muşda qəza oldu
Qəza

Hadisə Muş-Bingöl yolunun 8-ci kilometrliyində, Kıyık kəndi yaxınlığında baş verib. Zəncirvari yol qəzasından sonra hadisə yerinə həkim, polis və xilasetmə qrupları cəlb edilib.

Qəzada Sezgin Karakuş, Alican Çiçək və Ferman Uçar həyatını itirib, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Muş Dövlət Xəstəxanasına aparılıb.

Muşda qəza baş verib
Qəza anı

Hərəkətin idarə olunduğu yolda qəzaya uğrayan avtomobillər evakuatorun köməkliyi ilə çıxarılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

iOS 18 yeniləməsini alacaq iPhone modelləri açıqlanıb

Aynur Camal

Dmitri Medvedev: “Rusiyanın Moldovanın hazırkı liderləri ilə danışıqlar aparması üçün heç bir səbəb görmürəm”

Nigar Məmmədova

Qəzzanı bölən dəhlizdə əməliyyat!

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu