Maraqlı faktlar

 62 milyon illik “daşlaşmış akvarium” aşkar etdilər

Misirdə aparılan qazıntılar zamanı təxminən 62 milyon il əvvələ aid 500-ə yaxın balıq fosili aşkar edilib. National Geographic yazır ki, bu qeyri-adi tapıntı dinozavrların məhvinə səbəb olan asteroid zərbəsindən sonra okean həyatının necə bərpa olunduğuna dair mühüm məlumatlar verir.

Tədqiqatçılar Qreya adlı ərazidə 20-dən çox növə aid şüaüzgəcli balıqların fosillərini müəyyənləşdiriblər. Fosillərin bir çoxunun olduqca yaxşı qorunması alimlərə həmin dövrün su ekosistemi haqqında daha ətraflı təsəvvür yaratmağa imkan verir.

Alimlərin fikrincə, tapıntı Yer tarixinin mühüm mərhələlərindən birinə işıq salır. Təxminən 66 milyon il əvvəl asteroidin Yerə çırpılması nəticəsində dinozavrların böyük hissəsi məhv olmuşdu. Bundan sonrakı dövrdə isə dəniz canlılarının tədricən yenidən çoxaldığı düşünülür.

Yeni fosillər həmin bərpa prosesinin necə baş verdiyini daha yaxşı anlamağa kömək edə bilər.

Mənbə: ⁠ National Geographic⁠

Aynur Camal

Oxşar xəbərlər

Alimlər gələcəkdə pis xatirələrin aradan qaldırılması imkanını araşdırırlar

Aynur Camal

ABŞ-da qadın həyətindəki dar çuxurda yarım saat köməksiz qaldı

Aynur Camal

ABŞ-da kitabxanadan 132 il əvvəl götürülmüş jurnal geri qaytarıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu