Pelseria, Pieter Pelser, botanika, yeni bitki cinsi, papatya fəsiləsi, bitki təsnifatı, Cənubi Amerika, elm xəbərləri
DünyaMaraqlı faktlar

Yeni çobanyastığı növünə alim Pieter Pelserin adı verildi

Bugun.tv xəbər verir ki, Cənubi Amerikada yayılan papatya fəsiləsinə aid bitkilərdən biri yeni bitki cinsi kimi təsnif edilib. Tədqiqatçılar bu cinsə Yeni Zelandiya Kenterberi Universitetinin botanika professoru Pieter Pelserin şərəfinə “Pelseria” adını veriblər.

Universitetin məlumatına görə, Pelser hələ 2007-ci ildə apardığı araşdırmalar zamanı həmin bitkinin uzun müddət aid edildiyi “Senecio” cinsinə daxil olmadığını və ayrıca cins kimi təsnif edilməli olduğunu müəyyənləşdirib. O vaxt bu nəticə DNT təhlillərinə əsaslanırdı.

Pelseria, Pieter Pelser, botanika, yeni bitki cinsi, papatya fəsiləsi, bitki təsnifatı, Cənubi Amerika, elm xəbərləriArgentinalı tədqiqatçılar isə son araşdırmalarında bitkinin yarpaqlarının, tozcuqlarının və erkəkciklərinin quruluşunu öyrənərək əvvəlki qənaəti təsdiqləyiblər. Beləliklə, “Pelseria” adlı yeni bitki cinsi elmi təsnifata daxil edilib.

Qeyd edək ki, söhbət əvvəllər “Senecio otites” adı ilə tanınan və Cənubi Argentina ilə Çilidə yayılan bitkidən gedir. Yəni yeni bitki növü aşkarlanmayıb, mövcud növün elmi təsnifatı dəyişdirilib.

Botanik üçün bu adla bütöv bir bitki cinsinin tanınması onun elmi fəaliyyətinə verilən xüsusi qiymət hesab olunur.

Pelseria, Pieter Pelser, botanika, yeni bitki cinsi, papatya fəsiləsi, bitki təsnifatı, Cənubi Amerika, elm xəbərləriMənbə: Phys.org

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: İşçilər artıq yüksək maaşdan daha çox iş-həyat balansına üstünlük verirlər

Aynur Camal

Kiçik bir köçəri quş Sibirdən İngiltərəyə 11 min kilometrlik səyahətini başa vurdu

Aynur Camal

Yüzlərlə qədim tabut və qızıl əşyalarla zəngin nekropol aşkarlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu