13 C
Baku
19 Aprel 2024, 6:50
Sosial

62 nömrəli məktəb-liseydə nə baş verir?

Valideynlər ayağa qalxdı

Bugun TV-nin qaynar xəttinə daxil olan müraciət 62 saylı məktəb-liseyin 3c sinifində oxuyan şagirdlərin valideynləri tərəfindəndir. Şikayətləri isə məktəbin direktoru Mətanət Cabbarlıdandır. Valideyn Ceyran Hacızadənin sözlərinə görə, 2 ilə yaxındır ki, direktor Mətanət Cabbarlı əsassız olaraq 3c sinifinin uşaqlarını ictimai tədbirlərdən uzaqlaşdırıb. Bu da valideynlərin ciddi narazılığına səbəb olub: “İndiyəcən susurduq. Heç nə demirdik. Bayramlarda, xüsusi günlərdə olan şənliklərdə övladlarımız iştirak etmirdilər. Dillənmirdik. Ancaq daha susmaq niyyətimiz yoxdu”.

Sonuncu dəfə 1 İyun Beynəlxalq Uşaq Günündə, ağır çantalarla dərsə gedən 3c sinifinin valideynlər və övladları gördükləri mənzərədən şok yaşayırlar. Məktəbdə onlardan xəbərsiz bayram şənliyi təşkil edilibmiş: “Bütün uşaqlar milli paltarlarda, fərqli geyimlərdə, şer deyən, rəqs edən, mahnı oxuyan, bir sözlə bayram əhval-ruhiyyəli… Sinifə girdik partaların hamısı çıxarılıb çölə. Məktəb bayram keçirir, biz isə dərsə gəlmişik. Həmin gün uşaqlarımız pərt vəziyyətdə, çiyinlərində çanta, boyunları bükük vəziyyətdə şənlənənlərə baxmalı oldular”. Valideynlərin sözlərinə görə bütün bunlar onların övladlarının psixoloji durumuna ciddi təsir edib, uzun müddət özlərinə gələ bilməyiblər.

Şikayətçilər deyir ki, məktəbdə bu ayrıseçkilik dəfələrlə baş verib. Umumi iclaslarda belə 3c sinifinin valideylərinə çıxış üçün söz verilməyib, təklif və istəkləri dinlənilməyib. “Hətta bizim valideynlərdən biri şəhid bacısıdır. O, çıxış üçün söz demək istəyəndə, məktəbin direktoru “Sən sus!” deyərək onun sözünün ağzında qoydu. Hətta şəhid bacısını belə dinləmək istəmədi”.

62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlının bu hərəkərindən təngə gələn 3 c sinif şagirdlərinin valideynləri Təhsil Nazirliyinə  müraciət edib, şikayətlərini bildirməli olublar. Bu da nəticəsiz qalıb.

Ceyran Hacızadənin sözlərinə görə hələ 3 il əvvəl bu məktəbi nizam-intizamına, savadlı və peşəkar müəllim heyətinin olmasına görə seçib. Amma bu gün baş verənlərə görə onun övladı psixoloji əziyyət çəkir.“Biz bilirik ki, Mətanət Cabbarlının deputat bacısı var. Və ona güvənir!”. Bunu da Ceyran Hacızadə deyir.

Direktordan şikayətçi olan digər valideyn Xətai Abbasxaninin sözərinə görə 62 saylı məktəbdə onun və 3c sinifdə təhsil alan uşağının hüquqları tapdanır. “Məktəbin müdirəsi Mətanət Cabbarlı bizimlə intriqa aparır. Ortada isə heç bir tədbirdə iştirak etməyən uşaqlarımızın psixologiyası pozulur. İclaslarda da bizi saymır, hörmət qoymur. Konkret olaraq “3 c sinifinə söz verməyəcəm, gedin kimə şikayət edirsiz edin!”-  deyə cavab verir”. Şikayətçi söyləyir ki, həmin iclaslarda baş verən özbaşnalıqla bağlı onlarda  səsyazısı da var və əlaqədar qurumlara təqdim edə bilərlər.

Bu gun TV-yə müraciət edən valideynlərin sözlərinə görə bütün bunlarla yanaşı məktəbdə tez-tez pul yığımları da olur. “Bir dəfə sinifimizi “Qənimətlər parkı”na aparmaq üçün hər şagirddən 10 manat, valideynlə birlikdə 20 manat pul istədilər. Cəmi 2 manat servis haqqı olduğu halda Bakıda yerləşən muzey üçün bu qədər məbləğ çox idi. Biz valideyn olaraq etiraz etdik, getmək istəmədiyimizi bildirdik. Bunda sonra məktəbin direktorunun bizimlə ədavəti daha da kəskinləşdi. Və 1 İyun Uşaqlar Günündə bizim övladlarımızın tədbirdə iştirak etməsinə icazə vermədi”.

Bundan başqa valideynlər iddia edir ki, Mətanət Cabbarlının özünün şəxsi tədris mərkəzi var. Və həmin mərkəzdə rəhbərlik etdiyi 62 saylı məktəb-liseyin uşaqları üçün tez-tez ödənişli tədbirlər təşkil edir. “Yalnız direktora sərf edəndə 3c sinifi yada düşür. Mənasız, verdiyimiz pula dəyməyən tədbirlərə bir neçə dəfə getmişik. Amma sonra peşiman olmuşuq”.Bunu da valideyn Ceyran Hacızadə deyir.

Şikayətçiləri dinlədikdən sonra qarşı tərəf olan 62 saylı məktəb-liseyinə yollandıq. Direktor Mətanət Cabbarlı gəlişimizin məqsədini bildikdən sonra şikayətlə bağlı heç bir açıqlama vermədən, aqressiv halda çəkiliş qrupuna məktəbi tərk etməyi tələb etdi. Və biz qarşı tərəfin münasibətini öyərənə bilmədik. Daha sonra zəng edib münasibət almaq istədikdə isə bizdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlamağımızı istədi.

Məsələ ilə bağlı sözügedən quruma müraciət etdik. Ancaq Bakı şəhəri üzrə Təhsil İdarəsindən 2 gün ərzində rəsmi münasibət ala bilmədik.

Qeyd edək ki, övladları ictimai tədbirlərdən kənarlaşdırlan 3c sinifinin valieynləri Təhsil Nazirliyinin qaynar xəttinə

də müraciət ediblər, ciddi tədbir görülməsini istəyiblər. Cavab isə hələki yoxdu.

Şikayətçilər sonda onu da bildiriblər ki, əlaqədar qurumlardan məsələnin həllini gözləyirlər.Əks halda 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı barəsində daha yüksək instansiyalara müraciət edəcəklər.

Mövzuya yenidən qayıdacağıq.     

                                                                   

Bugün TV

Oxşar xəbərlər

“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib

Aynur Camal

Qarabağdakı erməni icması ya qanunauyğun şəkildə yaşamalı, ya da çıxıb getməlidir.

Bugün TV

“Azəriqaz” İB məlumat yaydı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu