25 C
Baku
27 İyul 2024, 4:09
Baş xəbər

62 nömrəli məktəb-liseydə uşaqlar üçün festival keçirilib

Bugun.tv xəbər verir ki, Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçirilib.

Festivalda Nizami rayon İcra Başçısının müavini Könül Həsənova, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, YAP Nizami rayon təşkilatının baş məsləhətçisi Selcan Novruzova iştirak edib.Festivalda ilk öncə dövlət himni səsləndirildikdən sonra məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edərək qonaqları salamlamış, bayram münasibətilə şagirdləri təbrik edib.

Festivalda Vətənə sədaqət andı içmiş vətən oğulları və Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşərək dövlətimiz, müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qalxan igirlərimiz, Xarı Bülbülümüz eyni kökdən gələn bütün tarixlərdə xalqlar birliyi olan Turan dövlətinə həsr olunmuş nəğmə və rəqs çələngləri böyük coşqu ilə qarşılanıb.Festivalda Azərbaycan, türk, özbək, Qazax, qırğız, türkmən, qaqauz, macar, yunan folklorlarına müraciət olunub.

Festivalımız şagirdlər, valideynlər və Nizami rayon sakinləri tərəfindən rəğbətlə qarşılandı. Mənbə: Yenigundem.az

Bugün TV

Oxşar xəbərlər

Mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak etdi

Bugün TV

İtaliyada atışma – Yaralılar var

Bugün TV

AZƏRBAYCAN POLİSİ – 106

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu