18 C
Baku
25 Aprel 2025, 9:24
Digər

Zaqatalada partlayıcı maddə partladı

DİN-in mətbuat xidmətinin regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub. 1992-ci il təvəllüdlü İlqar Cumayev isə xəsarət alıb.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. H. Gülməmmədov göstərilən tibbi yardımlara baxmayaraq həlak olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Kəmalə Sultan

Oxşar xəbərlər

İslamdan müqəddəslik almış dövrünün müasir qadınları

Bugün TV

Dinozavrın yeni növü tapıldı

Nigar Məmmədova

Hande Erçel Səudiyyə Ərəbistanı üslubu ilə diqqət çəkdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu