Baş xəbərHadisəKriminal

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə və həblər aşkarlandı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakinləri Sevilə Səmədova və Ramil Bəkirov sonuncunun idarə etdiyi “Renault” markalı avtomobildə Masallı-Yardımlı yolunda saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən ayrı-ayrı bağlamalarda qablaşdırılmış ümimilikdə 20 kiloqram marixuana və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Bundan əlavə, şəxsi axtarış zamanı S.Səmədovanın üzrərindən metamfetamin aşkarlanıb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qatil balinalar dünyanın ən böyük balıqlarından birini parçalamağın yeni üsulunu nümayiş etdiriblər

Aynur Camal

Bir gün rəhbərliklə

Bugün TV

Makron meşə yanğınları ilə mübarizə üçün Aİ-dən dəstək istədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu