Bugun.tv xəbər verir ki, böyrəkləri və sidik kisəsinin daşla dolu olduğu aşkarlanan 7 aylıq azərbaycanlı körpə Ege Universiteti Xəstəxanasında aparılan əməliyyatla həyata qaytarılıb.
Belə ki, Bakıda yaşayan Orxan və Rəsmiyyə Süleymanovlar ikinci övladları Adəmi 5 aylıq olarkən sidik çatışmazlığından və ağlamaqdan şikayət edərək yaşadıqları şəhərdəki xəstəxanaya aparıblar.
Müayinə və analizlər zamanı körpəyə sistinuriya (böyrək və sidik kisəsində daş əmələ gəlməsinə səbəb olan irsi xəstəlik) diaqnozu qoyulub.
Bir Aydan çoxdur ki, xəstəxananın reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, körpənin böyrək funksiyaları getdikcə zəifləməyə başlayıb. Ailə həkimlərin məsləhəti ilə körpəsini Türkiyənin Ege Universiteti Xəstəxanasına gətiriblər.
Uşaq Cərrahiyyəsində həyata keçirilən əməliyyat zamanı körpənin sidik kisəsindəki və sağ böyrəyindəki daşlar çıxarılıb.