15 C
Baku
27 Aprel 2026, 18:10
Baş xəbərHadisəKriminal

7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olundu

Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olunub

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Gərəkli, Kortala, İtitala,Tülü, Talalar, Mahamalar və Püştətala kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu