Image default
DünyaMaraqlı faktlar

700 illik kilsədə qızıl sikkələr tapıldı: Anonim məktub hər kəsi kövrəltdi

Bugun.tv xəbər verir ki, İngiltərənin Lankaşir qraflığında yerləşən və təxminən 700 illik tarixə malik Müqəddəs Vilfrid (St. Wilfrid) kilsəsində aşkar olunan qızıl sikkələr maliyyə çətinliyi yaşayan ibadətgahın taleyini dəyişib.

Uzun müddətdir maddi sıxıntılarla üzləşən kilsənin damı, vitraj pəncərələri və digər tarixi hissələrinin təmiri üçün təxminən 750 min funt sterlinq vəsait tələb olunurdu. Cəmi beş nəfərdən ibarət icma bu xərcləri qarşılaya bilmədiyi üçün ibadətgahın bağlanması gündəmdə idi.

Pasxa bayramı ərəfəsində keçiriləcək ayinə hazırlıq zamanı kilsənin rahibi Ceyn Li qurbangahın örtüyünü qaldırarkən alt hissədə plastik torba aşkar edib. Torbanın içində kiçik qutu, 1999-cu ildə zərb edilmiş doqquz qızıl Britannia sikkəsi və imzasız ianə məktubu olub.

Məktubda yalnız “Yaşayan Tanrının xidmətçisi Ceyms” sözləri yazılıb.

People nəşrinin məlumatına görə, qızıl sikkələr hərracda təxminən 30 min funt sterlinqə satılıb. Əldə olunan vəsait kilsənin bütün təmir xərclərini ödəməsə də, bərpa işlərinə başlamaq və yeni ianələrin toplanmasına təkan vermək üçün mühüm dəstək olub.

Rahib Ceyn Li qutunu ilk dəfə gördüyü anı xatırlayaraq bildirib ki, bu hadisə onu və kilsə əməkdaşlarını göz yaşlarına boğub və onlar bunu əsl möcüzə kimi qiymətləndiriblər.

Mənbə: People

Aynur Camal

Oxşar xəbərlər

Faraj Endi Börnemin baş nazir təyin olunmasını “çevriliş” adlandırdı

Aynur Camal

Qrenlandiya buzlaqlarının əriməsi araşdırılır

Aynur Camal

ABŞ–İran gərginliyi Qırmızı dənizdə neft daşımalarına təsir etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu