Qədim Misir, Meretneyt, Misir hökmdarı, arxeologiya, qədim tarix, qadın hökmdar, kral serexi, arxeoloji araşdırma
Maraqlı faktlar

72 il əvvəl çəkilmiş foto Qədim Misirin sirrini yenidən gündəmə gətirdi

Bugun.tv xəbər verir ki, 1940-cı illərdə çəkilmiş köhnə bir fotoşəkilin müasir rəqəmsal üsullarla yenidən işlənməsi Qədim Misirdə qadın hökmdarın hakimiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Archaeology Magazine-in məlumatına görə, söhbət 5 min ildən əvvəl yaşamış Meretneyt adlı qadından gedir. Fotoda ilkin Misir dövründə hökmdarı və onun titulunu göstərən dörd kral serexi – xüsusi işarələr əks olunub. Arxeoloq Uolter B. Emeri vaxtilə Sakkarada tapdığı gil tıxacların ikisinin Meretneytə aid olduğunu ehtimal edib. Lakin görüntünün keyfiyyətsiz olması və artefaktların itməsi bu fikrin təsdiqini çətinləşdirib.

Tədqiqatçılar Kventin Millerin rəhbərliyi ilə fotoşəkli rəqəmsallaşdırıb, rəngləri dəyişdirib və işarələri daha aydın formaya salıblar. Onların fikrincə, ikinci və üçüncü serexdə Meretneytin adını ifadə edən işarələr görünür.

Alimlər onun Misiri birgə hökmdar, regent və ya sonrakı dövrdə müstəqil hakim kimi idarə etmiş ola biləcəyini bildirirlər. Bununla belə, bütün misirşünaslar bu nəticə ilə razı deyil. Eva-Mariya Engel hesab edir ki, serexlərdə yalnız kral Cerin adı göstərilib. Beləliklə, Meretneytin dəqiq siyasi rolu ilə bağlı mübahisə davam edir.

Mənbə: Archaeology Magazine

Aynur Camal

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Görmə qabiliyyətini itirmiş şəxs sərxoş halda 240 kilometr avtomobil sürdü

Aynur Camal

Qəhvə çöküntüsündən daha möhkəm beton hazırladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu