3 C
Baku
14 Dekabr 2025, 17:06
Baş xəbərDünya

Cənubi Koreyada hündürmərtəbəli binada yanğın olub: ölən və yaralananlar var

Cənubi Koreyanın paytaxtı Seulda yaşayış binasında baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Bugun.tv Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə paytaxtın Dobonq rayonunda 27 mərtəbəli binanın üçüncü mərtəbəsində yerli vaxtla səhər saat 5 radələrində baş verib. Hadisə yerinə 220-dən çox yanğınsöndürən cəlb olunub. Təxminən 3 saat sonra yanğını nəzarət altına almaq mümkün olub.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Polis təhqiqat aparır.

Bugün TV

Oxşar xəbərlər

Sionist rejim dinc əhaliyə hücum etdi: 14 şəhid

Teymur Əziz

Türkiydə qəfil başlayan meşə yanğını davam edir

Aynur Camal

İsrail fələstinlilərin çadırını təkrar bombardıman etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu