Baş xəbərDünya

Sionist rejim dinc əhaliyə hücum etdi: 14 şəhid

Qəzzədə qətliam və soyqırımını davam etdirən sionist işğal rejimi daha 14 fələstinlini şəhid edib.

Sionist işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı hücumları davam edir.

Qəzzadakı səhiyyə mənbələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayratda bir evə edilən hücumda 2 fələstinlinin şəhid olduğunu, 12 nəfərin isə yaralandığını bildirib.

İşğal ordusunun Büreyc və Meqazi qaçqın düşərgələrinə intensiv artilleriya hücumları nəticəsində çox sayda insan yaralanıb.

Qəzza şəhərinin cənub-şərqindəki Əz-Zeytun bölgəsinə döyüş təyyarələrinin hücumu nəticəsində ən azı 8 fələstinli şəhid olub.

Hücumlarda indiyədək 37 min 431 fələstinli həyatını itirib. Yaralıların sayı 85 min 653-ə çatıb.

Mənbə: İLKHA

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu