Digər

80-dən çox konqolu əsgər döyüş meydanını tərk etdiyinə görə məhkəməyə çıxarılır

Konqo Demokratik Respublikası ordusu şərq bölgəsində baş verən hadisə ilə bağlı açıqlama verib.

Bildirilib ki, AFC/M23 üsyançılarına qarşı döyüşlərdə iştirak edən 84 əsgər ön cəbhədən geri çəkilmək və hərbi əmrləri pozmaq ittihamı ilə məhkəməyə çıxarılıb.

Ordunun məlumatına görə, Walikale bölgəsində yerləşdirilən hərbçilər Rutoboko istiqamətində gedən döyüşlər zamanı mövqelərini tərk edərək komandirlərinin əmrlərinə tabe olmayıb və nəzarətsiz şəkildə havaya atəş açıblar.

Hadisənin əsgərlərə verilən bonusların gecikməsi fonunda baş verdiyi qeyd olunur. Nestor Mavudisa jurnalistlərə açıqlamasında bildirib ki, Tshopo əyalətində yerləşən Kisangani Qarnizon Hərbi Məhkəməsində başlayan proses hərbçilərə ciddi mesaj verməyi hədəfləyir.

Məhkəmənin təxminən iki həftə davam edəcəyi gözlənilir. Rəsmi qurumlar vurğulayır ki, heç bir səbəb döyüş meydanında əmrlərin pozulmasına haqq qazandıra bilməz.

Son günlərdə bölgədə M23 üsyançıları ilə hökumət qüvvələri arasında toqquşmalar davam edir. Yerli mənbələrin məlumatına görə, bu qrup artıq ölkənin şərqində mühüm ərazilərə nəzarət edir.

Xatırladaq ki, 2024-cü ildə Şimali Kivu bölgəsində oxşar hadisəyə görə təxminən 25 əsgər ölüm cəzasına məhkum edilmişdi. Regionda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu