Baş xəbərHadisə

9 avtomobilin iştirakı ilə baş verən qəzada 6 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Kocaelinin Gebze rayonunda 9 avtomobilin qarışdığı zəncirvari qəzada yaralanan 6 nəfər xəstəxanaya qaldırıldı. Anadolu şosesi Tavşanlı Mahallesi şosesinin İstanbul istiqamətində birləşən qovşağında Kadri Y.-nin idarə etdiyi ot yüklü yük maşını ilə Süleyman A.-nın idarə etdiyi dövlət nömrə nişanlı avtomobil naməlum səbəbdən toqquşub və aşıb.

TRT Haber-in məlumatına görə, Aşan avtomobillərdə yük maşınının sürücüsü və minik avtomobilində olan 3 nəfər yaralanıb. Qəza səbəbindən nəqliyyatın hərəkəti dayandıqdan sonra 1 yük maşını, 1 yüngül ticari, 1 cip və 4 minik avtomobilinin iştirakı ilə daha bir qəza baş verib. Qəzaya qarışan avtomobillərdən birində olan Tolqa K. və şəxsiyyəti hələlik müəyyən edilməyən yüngül ticari avtomobilin sürücüsü sağlamlıq qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Yaralılardan 2-nin həyati təhlükəsinin olduğu öyrənilib. Qəza səbəbindən Anadolu magistralının İstanbul istiqamətində hərəkəti alternativ yollara yönəldilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Vüqar Bayramov: Türkmənistanla qeyri-neft-qaz ticarətini artırmaq prioritetdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu