DünyaSiyasət

“9 May paradı Rusiyanın taktiki və strateji zəifləməsinin göstəricisidir”

Dünya Siyasəti

Bugun.tv xəbər verir ki, siyasi ekspert,  Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə  9 May münasibətilə Rusiyada keçirilən hərbi paradla bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, Rusiya uzun illər 9 May hərbi paradını öz hərbi potensialını nümayiş etdirmək və güc mesajı vermək üçün istifadə edib. Onun fikrincə, bu tarix illər ərzində Kremlin qüdrət simvollarından birinə çevrilmişdi.

Məhəmməd Əsədullazadə qeyd edib ki, bu il Moskvada təşkil olunan parad əvvəlki illərdən fərqli olaraq daha sönük keçib. Onun sözlərinə görə, əvvəlki paradlarda nümayiş etdirilən raket-artilleriya qurğuları, qitələrarası ballistik raketlər və strateji bombardmançı təyyarələr bu dəfə görünməyib.

Ekspert M.Əsədullazadənin qənaətinə görə, paradın əsasən canlı qüvvənin keçidi ilə məhdudlaşması Rusiyanın rəqibləri qarşısında strateji zəifləməsinin açıq göstəricisi kimi qiymətləndirilə bilər.

Paylaşımında ekspert həmçinin vurğulayıb ki, builki paradın keçirilib-keçirilməməsi artıq təkcə Kremlə bağlı məsələ deyildi. Onun fikrincə, Volodymyr Zelenskyy tərəfindən verilən qərar bu prosesdə mühüm psixoloji amilə çevrilib. Və bu il 9 May paradı təkcə hərbi mərasim deyil, həm də regionda dəyişən siyasi və hərbi balansın rəmzi kimi yadda qaldı.

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: ABŞ Rusiyanın İranla bağlı uran təklifini qəbul etməlidir

Aynur Camal

İran nüvə obyektlərini sökməkdən imtina edib

Aynur Camal

Benjamin Netanyahu: ABŞ-ın İsrailə maliyyə və hərbi yardımı mərhələli şəkildə dayandırılmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu