25 C
Baku
27 İyul 2024, 4:17
Baş xəbərDünya

90 nəfərin böyrəyini satan dəstə üzvləri tutuldu

Bugun.tv xəbər verir ki, Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb. Milli mətbuatda yer alan xəbərə görə, Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb.

TRT Haber-in məlumatına görə, dəstə üzvlərinin əvvəlcə kəndliləri işləmək vədi ilə İslamabada gətirdiyini bildirən Xan, “Burada kəndlilər məcburi tibbi müayinədən keçirilir və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılır” deyib. Dəstənin böyrəyini 2,5-5 milyon rupi (256 min-513 min lirə) civarında zəngin insanlara satdığını bildirən Han, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib. Han indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin də çağırıldığını bildirib. Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri oktyabrın 3-də yaxalanıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Yük maşını boş dükana çırpıldı: 1 yaralı var

Bugün TV

I Vitse Prezident -Cənab Prezidenti təbrik edib.

Şükufə Ramizqızı

XİN: “200-dən çox azərbaycan vətəndaşı Türkiyənin zəlzələ bölgəsindən təxliyə edilib”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu