Baş xəbərDünya

Livanda partlayıcı yerləşdirilən şəhər partladıldı!

İsrail ordusu Livanın cənubunda sərhədə yaxın bir qəsəbədə partlayıcı qurğu yerləşdirib. Livanda ölənlərin ümumi sayı 3 minə çatıb. İsrailin həm Qəzzaya, həm də Livana hücumları davam edərkən, dəhşətli video ortaya çıxıb.

İsrailin hücumları aramsız olaraq davam etdikcə insan itkiləri hər keçən saat artır. Livanda ölənlərin ümumi sayı 2 min 986, yaralı sayı isə 13 min 402 olaraq açıqlanıb.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkəyə qarşı hava hücumlarını davam etdirdiyi bildirilib. Ötən gün İsrailin Livana hücumları nəticəsində 18 nəfərin öldüyü, 83 nəfərin yaralandığı bildirilmişdi.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 539 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu