6 C
Baku
25 Fevral 2026, 20:56
Baş xəbərDünya

Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə təbrik etdi

Bahar bayramı, Çuntsze bayramı, Azərbaycan-Çin münasibətləri, strateji tərəfdaşlıq, Prezident məktubu

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləmişdir. Ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.

İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimiz və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2024-cü il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Avropa Parlamenti ilk dəfə Ukraynanın hərbi qələbəsi barədə ifadəni qətnamədə qeyd etməyib

Aynur Camal

Dünya liderləri Ukraynaya dəstəyi yenilədi

Aynur Camal

ABŞ İranın nüvə proqramını məğlub etdi – Ağ Ev yenidən bəyan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu