Bugun.tv xəbər verir ki, Roma Papası XIV Leo yeni texnologiyaların insanlara xidmət etməsinin təmin edilməsinin vacibliyini bildirib.
Papa Fransaya səfəri çərçivəsində Parisdə UNESCO-nun baş qərargahını ziyarət edib. O, UNESCO-nun baş direktoru Xalid əl-Anani ilə birlikdə təşkilatın bağçasında sülhü simvolizə edən zeytun ağacını sulayıb.
Çıxışı zamanı Papa müharibənin bəşəriyyətin yaratdığı ən pis hadisələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, elm müharibələr zamanı dağıtmaq və öldürmək məqsədlərinə xidmət edə bilir.
XIV Leo yeni texnologiyaların əlavə hökmranlıq və ədalətsizlik vasitəsinə çevrilməməli olduğunu vurğulayıb. O bildirib ki, texnologiyaların əsas məqsədi insanın xidmətində olmaqdır.
Papa süni intellektin insanların gördüyü bir çox işin maşınlara ötürülməsi prosesini daha da sürətləndirdiyini qeyd edib. O, bu sistemlərin məlumatlar arasında əlaqə qura bildiyini, lakin insan həyatının mənası ilə bağlı suallara cavab verə bilmədiyini söyləyib.
Papa həmçinin beynəlxalq ictimaiyyəti uşaqları və gəncləri rəqəmsal mühitdə mümkün sui-istifadələrdən qorumağa çağırıb.
Mənbə: TrtHaber
