Baş xəbərDünya

İsraildə sirenlər səslənir! Raket Yəmən ərazisindən atılıb

İsrail ordusu Yəməndən atılan raket səbəbindən bəzi bölgələrdə sirenlər çaldığını açıqlayıb. Bildirilib ki, raket İsrail ərazisinə daxil olmamışdan əvvəl zərərsizləşdirilib. Yaxın Şərqdə qırğınlarını davam etdirən İsrail ordusuna Yəmən ərazisindən cavab hücumu edilib. Hücumla bağlı İsrail Müdafiə Qüvvələrindən (IDF) açıqlama verilib.

Açıqlamada Yəməndən İsrailə raket atıldığı bildirilib. Hücum səbəbilə Yehuda şəhəri və Ölü dəniz sahillərindəki ərazilərdə sirenlərin çaldığı qeyd edilib və raketin İsrail ərazisinə daxil olmamışdan əvvəl hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Hücumu həyata keçirdikləri güman edilən Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən heç bir açıqlama verilməyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Ukrayna İsveçdən Gripen döyüş təyyarələri aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu