11 C
Baku
21 Aprel 2026, 22:22
Dünya

Maraqlı iddia: Yunanıstan S-300-lərini Ermənistana verəcəkmi?

Yunan mediası Afinanın Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemini Ermənistana təhvil verməyə hazırlaşdığını iddia edib. Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Yunanıstan Silahlı Qüvvələrinin rəsmiləri Qərb texnologiyasından istifadə edərək köhnə müdafiə sistemlərini yeni müdafiə sistemləri ilə əvəz etmək niyyətindədirlər. Çünki Yunanıstan xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq etdiyi embarqoya görə Rusiya istehsalı olan silah sistemlərinin texniki xidməti və ehtiyat hissələri ilə təchizatında problemlər yaşayır.

Bu kontekstdə Yunanıstan Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemini Ermənistana təhvil verməyi düşünür.

Xəbərdə S-300 hava hücumundan müdafiə sisteminin Ermənistana təhvil verilməsinin Fransa ilə əməkdaşlıq çərçivəsində yaradılan təşəbbüs olduğu iddia edilir və bu qərarın arxasında Ermənistanla mövcud tarixi və dini yaxınlığın dayandığı da irəli sürülür.

Yunanıstanın Ermənistana verəcəyi hava hücumundan müdafiə sistemlərini əvəz etmək üçün İsraildən yeni sistemlər ala biləcəyi də bildirilir.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu