Baş xəbərDünya

İsrail Beyrutu vurdu!

Döyüş təyyarələri havaya qalxdı! Atəşkəsdən bir neçə saat əvvəl İsrail Livanın paytaxtı Beyrutu vurdu!

İsrail və Livan arasında gözlənilən atəşkəsdən əvvəl paytaxt Beyrut bombalanıb. İsrail döyüş təyyarələri ölkənin cənubunda Rafik Həriri beynəlxalq hava limanının yanındakı binanı hədəfə alıb.

Döyüş təyyarələri İsrail və Livan arasında yekun atəşkəsə saatlar qalmış havaya qalxıb. Livanın paytaxtı Beyrutun cənubunda Rafik Həriri Beynəlxalq Hava Limanının yanında yerləşən bina hədəfə alınıb. Hücumdan sonra Mülki Müdafiə qrupları və yerli sakinlər hədəf alınan binanın dağıntıları altında axtarış-xilasetmə əməliyyatına başlayıb.

Digər tərəfdən, Dahiyə bölgəsinin də bombardmana məruz qaldığı bildirilib. Bölgədə ardıcıl partlayışların baş verdiyi açıqlanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İran dənizlərdəki çirklənməyə görə təzminat tələb edir

Aynur Camal

Aynur Camal

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu