10 C
Baku
24 Aprel 2026, 0:30
Baş xəbərDünya

Ukrayna qaranlığa qərq oldu! Rusiya kritik infrastrukturları hədəfə alıb

Ukraynanın Odessa, Xarkov, Rivne və Lutsk şəhərlərində güclü partlayışlar baş verib. Ukraynanın energetika naziri Herman Haluşenko Rusiya qüvvələrinin ölkənin enerji infrastrukturuna böyük hücuma keçdiyini bəyan edib. Rusiya-Ukrayna müharibəsinin üçüncü ili yaxınlaşdıqca müharibə bütün şiddəti ilə davam edir. Ukraynanın Odessa, Xarkov, Rivne və Lutsk şəhərlərində şiddətli partlayışlar baş verərkən, Ukraynanın energetika naziri Herman Haluşenko Rusiya qüvvələrinin ölkənin enerji infrastrukturuna böyük hücuma keçdiyini bəyan edib.

Enerji obyektlərinə hücumların Ukraynanın hər yerində həyata keçirildiyini deyən Haluşenko elektrik enerjisində fasilələr olduğunu bildirib. Haluşenko ukraynalıları “sığınacaqlara getməyə” çağırıb.

1 YARALI

Xarkov meri İqor Terexov şəhərdə mülki yaşayış məntəqəsinin bombalandığını bildirərkən, Lutsk meri İqor Polişçuk çoxsaylı partlayış səslərinin eşidildiyini və şəhərin bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib.

Odessa vilayətinin qubernatoru Oleh Kiper də Rusiyanın hücumu nəticəsində bir nəfərin yaralandığını bildirib və bölgə sakinlərini sığınacaqlarda qalmağa çağırıb.

Ukrayna Hərbi Hava Qüvvələri raket təhlükəsi ilə əlaqədar bütün ölkə ərazisində, xüsusilə Kiyev, Rivne, Vinnitsa, Kropivnitski, Balta və Nikolayvda “hava hücumu xəbərdarlığı” edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu