Rusiya Ukrayna müharibəsi, rus hərbçilərinin itkiləri, BBC araşdırması, Rosstat məlumatları, hərbi itkilər, Ukrayna müharibəsi, kiberhücum, Mediazona
Dünya

BBC: Ukrayna müharibəsində 490 mindən çox rus hərbçisi həlak olub

Ukraynada davam edən müharibədə Rusiyanın hərbi itkilərinin miqyası ilə bağlı yeni məlumatlar açıqlanıb. BBC-nin apardığı araşdırmaya görə, 2026-cı ilin sentyabr ayınadək azı 490 334 rus hərbçisi müharibədə həlak olub. Rusiya ordusunun tərkibində döyüşən 5 mindən çox xarici ölkə vətəndaşının da öldüyü bildirilir.

Bugun.tv xəbər verir ki, bu barədə BBC-nin rus xidməti Rusiyanın Federal Dövlət Statistika Xidmətinə (Rosstat) aid sızdırılmış məlumatların təhlilinə əsasən məlumat yayıb.

Araşdırmada 2021-ci ildən 2026-cı ilin sentyabrınadək olan dövrü əhatə edən 11 milyondan çox ölüm qeydi nəzərdən keçirilib. Məlumatların Belarusda fəaliyyət göstərən Cyber Partisans BY qrupu və Ukraynanın Silent Crow təşkilatının həyata keçirdiyi kiberhücumdan sonra əldə edildiyi bildirilir.

BBC və Rusiyanın müstəqil “Mediazona” nəşri məlumatları əvvəllər təsdiqlənmiş hərbi itkilər siyahısı ilə müqayisə edərək yoxlayıb. Təhlilə əsasən, Rusiya tərəfində döyüşən 5 017 xarici ölkə vətəndaşı da həyatını itirib.

Rusiya Ukrayna müharibəsi, rus hərbçilərinin itkiləri, BBC araşdırması, Rosstat məlumatları, hərbi itkilər, Ukrayna müharibəsi, kiberhücum, Mediazona

Həqiqi itkilər daha çox ola bilər

“Mediazona”nın əlavə hesablamasına görə, ölüm hallarının gec qeydə alınması və itkin düşmüş hərbçilərin statistikaya daxil edilməməsi səbəbindən Rusiyanın ümumi hərbi itkiləri 2026-cı ilin payızında 700 mini, hətta 720 mini keçmiş ola bilər. Bu isə 490 334 rəqəminin tam itki sayı deyil, sənədlərdə müəyyən edilmiş minimum göstərici olduğunu göstərir.

Rusiya rəsmiləri isə hərbi itkilərlə bağlı müstəqil məlumatları qəbul etmədiklərini bildirirlər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər dəniz kirpisinin qida borusunda yaşayan yeni canlı növü aşkarlayıblar

Aynur Camal

“Qara dənizin Göbəklitəpəsi” adlandırılan qədim məkan su altında qalmaq təhlükəsi ilə üzləşib

Aynur Camal

Siyasətçiləri hədəf alan 500-dən çox saxta süni intellekt videosu yayıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu