Dünya

Avropa Parlamentindən Gürcüstanda seçkilərin yenilənməsi tələbi

Avropa Parlamenti Gürcüstanda seçkilərin yenilənməsinə çağırıb. Avropa Parlamentinin (AP) üzvləri oktyabrın 26-da Gürcüstanda keçirilən və nəticələri müxalifət tərəfindən qəbul edilməyən parlament seçkilərinin yenilənməsini tələb ediblər.

AP-nin verdiyi yazılı açıqlamaya görə, millət vəkilləri Gürcüstanda keçirilən son parlament seçkilərinin nəticələrini “qanunsuzluqlar” olduğu səbəbilə pisləyib və seçkilərin bir il ərzində beynəlxalq nəzarət altında yenidən keçirilməsini istəyiblər.

Sənədləşdirilmiş qanun pozuntuları arasında seçicilərin təhdid edilməsi, səslərin manipulyasiyası, seçki müşahidəçilərinə və KİV-ə müdaxilələr, elektron səsvermə aparatlarına müdaxilə kimi faktların olduğunu vurğulayan deputatlar seçkilərin nəticələrini “etibarsız” elan edib və beynəlxalq ictimaiyyəti bu nəticələri rədd etməyə çağırıblar.

Mənbə: Dəmirören Xəbər Agentliyi (DHA)

Aynur Camal

Oxşar xəbərlər

2026-cı il Nobel Kimya Mükafatının qalibləri açıqlandı

Aynur Camal

30 min şagird həftələrlə məktəbdə təhsil ala bilməyəcək

Aynur Camal

Marketlərdə satılan əl sabunu geri çağırıldı: Tərkibində bakteriya aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu