Dünya

2026-cı il Nobel Kimya Mükafatının qalibləri açıqlandı

Bugun.tv xəbər verir ki, 2026-cı il Nobel Kimya Mükafatı fransalı alim Henri B. Kaqan və yapon alim Kenso Soaiyə verilib.

İsveç Kral Elmlər Akademiyasının açıqlamasına görə, alimlər asimmetrik üzvi sintezdə qeyri-xətti təsirlərin və avtokatalizin kəşfinə verdikləri töhfələrə görə mükafata layiq görülüblər.

Henri B. Kaqan və Kenso Soainin araşdırmaları üzvi sintezdə molekulların müəyyən istiqamətdə formalaşmasını və kimyəvi reaksiyaların daha yaxşı idarə olunmasını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Akademiya alimlərin işini kimya sahəsində mühüm elmi nailiyyət kimi qiymətləndirib.

Nobel mükafatlarının qaydalarına əsasən, qaliblərə medalla yanaşı diplom və 12 milyon İsveç kronu məbləğində pul mükafatı təqdim olunur.

Kimya üzrə mükafat tibb və fizika sahələrində qaliblərin açıqlanmasından sonra elan edilib. Nobel həftəsi çərçivəsində ədəbiyyat mükafatı cümə axşamı, sülh mükafatı cümə günü, iqtisadiyyat üzrə mükafat isə bazar ertəsi açıqlanacaq.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

30 min şagird həftələrlə məktəbdə təhsil ala bilməyəcək

Aynur Camal

Marketlərdə satılan əl sabunu geri çağırıldı: Tərkibində bakteriya aşkarlandı

Aynur Camal

10 min addım qaydası dəyişir: 60 yaşdan sonra gündə nə qədər gəzmək lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu