6 C
Baku
16 Fevral 2026, 10:46
Baş xəbərDünya

ABŞ-ın Havay adasında partlayış baş verdi

Dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Havayda Kilauea vulkanında partlayış baş verib. Vulkanın püskürdüyü lavanın 80 metr hündürlüyə çatdığı, vulkan qazı və kül buludlarının əmələ gəldiyi açıqlanıb. ABŞ-ın Havay adasında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Kilauea vulkanı yenidən aktivləşib.

Havay Vulkan Rəsədxanasından verilən açıqlamaya görə, yerli vaxtla saat 02:00 radələrində Kilauea vulkanında partlayış baş verib. Vulkanın püskürdüyü lavanın 80 metr hündürlüyə çatdığı, vulkan qazı və kül buludlarının əmələ gəldiyi açıqlanıb.

Partlayışın 2007-ci ildən ictimaiyyətə bağlı olan milli parkın sərhədləri daxilində baş verməsi mümkün fəlakətin qarşısını alıb.

1924-1952-ci illər arasındakı sakit dövr istisna olmaqla, müntəzəm vulkan püskürmələrinin baş verdiyi Kilauea vulkanı sonuncu dəfə iyun və sentyabr aylarında aktiv olub.

Kilauea vulkanının 2018-ci ildə təxminən 3 aya yaxın davam edən püskürmələri 700-dən çox evi dağıdıb.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Prezident Əliyev: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb

Aynur Camal

ABŞ-ın paytaxtında Azərbaycan mədəni irsi sərgisi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu