6 C
Baku
16 Fevral 2026, 4:06
Dünya

ABŞ ordusu Suriyaya hava zərbəsi endirdiyini açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı Suriyaya endirilən hava hücumunda 2 DEAŞ terrorçusunun öldürüldüyünü, 1-nin isə yaralandığını açıqlayıb. Hücum zamanı silahla dolu yük maşınının da məhv edildiyi bildirilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın Deyr əz-Zəvr bölgəsində İŞİD-in hədəfinə dəqiq hava zərbəsi endirdiyini açıqlayıb.

“2 DEAŞ TERRORİSTİ ÖLDÜRÜLDÜ”

CENTCOM-dan verilən açıqlamada Suriya rejimi və Rusiyanın daha əvvəl nəzarət etdiyi bölgədə həyata keçirilən hücumda 2 DEAŞ terrorçusunun öldürüldüyü, 1-nin isə yaralandığı bildirilib.

Hücum zamanı silahla dolu yük maşınının da məhv edildiyi vurğulanan açıqlamada belə deyilir:

“Bu hava hücumu CENTCOM-un regiondakı tərəfdaşları ilə birlikdə terrorçuların ABŞ, onun müttəfiqləri və tərəfdaşlarına qarşı mülki və hərbi hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək qabiliyyətini azaltmaq və pozmaq öhdəliyinin bir hissəsidir”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada Ali Məhkəmə qərarı — “Palestine Action” qrupunun qadağan edilməsi qanunsuz sayıldı

Aynur Camal

Münhen Təhlükəsizlik Konfransı başladı — qlobal gərilimlər müzakirə olunur

Aynur Camal

Bangladeşdə tarixi parlament seçkisi — BNP üstünlük qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu