Dünya

Avtomobillər qar uçqunu altında qaldı

Qırğızıstanın cənubu ilə şimalını birləşdirən Bişkek-Oş avtomobil yolunda qar uçqunu baş verib. Hadisə zamanı 4 avtomobil uçqun altında qalıb.

Bu barədə fövqəladə hallar naziri Boobek Ajikeyev sosial şəbəkə hesabında məlumat paylaşıb.

Açıqlamada yerli vaxtla saat 19.40 radələrində Bişkek-Oş avtomobil yolunda Töö-Aşuu tunelinin qarşısına qar uçqunun düşdüyü bildirilib.

Yolda olan 4 avtomobilin uçqun altında qaldığını bildirən Ajikeyev, bölgəyə ezam olunmuş axtarış-xilasetmə qruplarının maşınlarda olan 4 nəfəri xilas etdiyini, onlardan biri yaralandığını bildirib.

Acıkeyev qeyd edib ki, giriş-çıxış məhdud olan yolun tam açılması istiqamətində işlər davam etdirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu