23 C
Baku
17 Sentyabr 2026, 22:50
DünyaHadisə

Semeru vulkanı püskürdü

İndoneziyanın Yava adasının şərqində yerləşən 3676 metr yüksəklikdəki Semeru vulkanında partlayış baş verib. Yerli mətbuatın məlumatına görə, İndoneziyanın Yava adasındakı Malanq və Lumacanq bölgələrinin sərhəddində yerləşən Semeru vulkanı yerli vaxtla saat 06.21-də püskürüb.

Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian, etdiyi yazılı şərhdə, partlayışda külün dəniz səviyyəsindən 4 min 776 metr yüksəkliyə yüksəldiyini qeyd etdi.

Alfian bölgə sakinlərini vulkandan uzaq təhlükəsiz əraziyə getməyə çağırıb və partlayış nəticəsində ətrafa daşların sıçraya biləcəyini bildirib.

2021-ci ildən aktiv olan Semeru vulkanında həyəcan səviyyəsi ikinci mərhələdədir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

BMT ABŞ-ın İrandakı zərbələri ilə bağlı ciddi nəticə açıqlayıb

Aynur Camal

Ukraynada raket və dron hücumlarında azı 19 nəfər yaralandı

Aynur Camal

Yəməndə 125 mindən çox insan döyüşlərə görə evini tərk edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu